UNEC Multikulturalizm Mərkəzinin rəhbəri Laçında alban abidələrini tədqiq edib

Məzmuna keçin

UNEC Multikulturalizm Mərkəzinin rəhbəri Laçında alban abidələrini tədqiq edib

Caucasian Albania
Nəşr olundu dən İctimaiyyətlə Əlaqələrin İnkişafı · 1 n 2021
UNEC Multikulturalizm Mərkəzinin rəhbəri, prof. Məhəbbət Paşayeva Qarabağda alban xristian abidələrinin tədqiqi və təbligi çərcivəsində Laçın rayonuna səfər edib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Alban Udi icmasının təşkilatçılığı ilə baş tutan səfərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Alban Udi icmasının sədri Robert Mobili,  Cotari, Xudavəng alban kilsələrinin vaizi  Rafik Danakari, Alban Udi İcmasının üzvləri,  Fransa, İngiltərə, Yaponiya, Rusiya, Türkiyə və digər xarici ölkələrin və ölkə  mətbuatının nümayəndələri  olub.

Səfər zamanı professor Məhəbbət  Paşayeva  Azərbaycanın alban xristian mirası, alban məbədlərinin erməniləşdirilməsi, xüsusilə də Ağoğlan məbədindəki erməni saxtakarlığı,  məbədin bugünkü görüntüsünün ermənilər tərəfindən dəyişdirilməsi faktları ilə bağlı AZTV, İctimai TV, AZƏRTAC və digər yerli və beynəlxalq mətbuata müsahibə verib. Ağoğlan monastrının xristianlıqdan öncəki dövrə qədərki tarixi, bu qədim ibadətgahın Laçın əhalisi tərəfindən hər zaman pir yeri kimi ziyarət edilməsi barədə danışıb.

Saytın məzmunu "İctimaiyyətlə Əlaqələrin İnkişafı İctimai Birliyi" - nin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" - nin mövqeyini əks etdirmir.
© 2022 Qədim Qafqaz Albaniyasının rəsmi veb saytı. Bütün hüquqlar qorunur. Sayt AYVUS MMC tərəfindən hazırlanmışdır.

Məqaləyə qayıt